Bakıda polis əməkdaşlarına hücum edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və Daxili İşlər Nazirtliyinin Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.
Onlar Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdiriliblər.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.