Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin 9-cu mikrorayon ərazisində Ramil Xəlilov tanışı Elxan Rüstəmovla mübahisə edib.
Mübahisə nəticəsində Elxan Rüstəmov Ramil Xəlilova ürəyindən və qarın nayihəsindən 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İstintaq araşdırması zamanı məlum olub ki, Ramil Xəlilov əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunub. O, həbs edilib.
Hdisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Faktla bağlı cinayət işi başlanıb.