Bakının Xətai rayonunda mağazaya basqın edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Gəncə prospektində "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan şəxs girib.
O, əlindəki bıçaqla orada satıcı işləyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayevi hədələyib və kassadan 1 200 manat götürərək hadisə yerindən qaçıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edib.
Hazırda cinayəti törədən şəxsin tutulması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.