5 May 2020 11:42
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda silahlı insident törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 19-da Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimova rayon polis şöbəsinə müraciət edərək 1 gün əvvəl saat 22 radələrində yaşadığı evə girmiş naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülmüş, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər