Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bəhruz Nuriyev küçəsində paytaxt sakini Səfərbəy Əmrahova məxsus "Ford" markalı avtomobildən 1200 manat və 480 manat dəyərində olan mobil telefonu oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.