Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Hüseynova mayın 14-də Sabunçu qəsəbəsi ərazisində bir nəfərin onun ağzını əli ilə tutaraq pul tələb etdiyini və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu apardığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.