Bakıda oğurluq üstündə tutulan şəxsin qardaşı da məsuliyyətə cəlb olunub.
Teleqraf.com-un xəbərinə görə, oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin ətrafında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsində araşdırma aparılıb.
Onun qardaşı R.Dadaşzadə ilə birgə rayon ərazisindəki mağazaların birindən 1150 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə R.Dadaşzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.