Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzildən 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.
Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.
Faktla bağlı cinayət işi başlanıb.