25 May 2020 23:04
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda intihar hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, Goranboy rayon Buzluq kənd sakini 25 yaşlı Məharət Nağıyev ötən gün evdən çıxıb və geri qayıtmayıb. Bu səbəbdən onun axtarışlarına başlanılıb.

Onun asılmış meyiti bu gün Goranboy rayon Yuxarı Ballıqaya kəndi ərazisində olan meşədə tapılıb. İntiharın ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər