26 May 2020 14:38
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil qazılmış kanalizasiya quyusuna düşüb. Nəticədə E.Məmmədov və sərnişini olan həmyerlisi Fuad Rəcəbov xəstəxanaya yerləşdiriliblər.

F.Rəcəbov orada ölüb.


Müəllif: Teleqraf.com