27 May 2020 12:10
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ 10 kilometrlik dərinlikdə, 3,5 maqnitudada olub.

Təkanlar episentrdə zəif hiss olunub.

***

12:01

Lənkəran şəhərində zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Lənkəranda olan sosial şəbəkə istifadəçiləri məlumat verib.

Zəlzələnin maqnitudası təxminən 3,5 olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər