29 May 2020 17:29
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 5 ədəd pul qabı, 16 ədəd alışqan, 50 ədəd qol saatı və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov saxlanılıb.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon ərazisindəki mağazaların birindən 902 manat pul və alışqan oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini olan bir yeniyetmə tutulub.


Müəllif: Hacı Zeynalov