2 İyun 2020 13:25
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində pul borcu üstündə tanışını bıçaqlamaqda təqsirli bilinən Elman Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Romella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 10-na təyin olunub.

İttihama görə, Gəncə şəhəri, 5-ci məhəllədə Elman Rüstəmov tanışı, 1993-cü il təvəllüdlü Zakir Allahverdiyev ilə mübahisə edib.

Onların mübahisəsi sonradan davaya çevirilib. Dava zamanı Elman Rüstəmov tanışına bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elman Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər