4 İyun 2020 13:20
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda yol-nəqliyat hadisəsi baş verib.

Teleqtaf.com xəbər verir ki, rayonunun Xalac kəndi ərazisində Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov