5 İyun 2020 12:41
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov