21 İyun 2020 17:23
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.

Teleqraf.com bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a vevrilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər