30 İyun 2020 09:35
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yaşayış evinə maskalı basqın olub.

Teleqraf.com xəbər verir ki, rayonun İsi kəndində 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədovun evinə naməlum şəxslər girib.

Hadisə iyunun 29-da, gecə saat 3 radələrində baş verib. Evə daxil olan üç nəfər naməlum şəxs Fəxrəddin Əhədəova hədə-qorxu gəliblər, ondan pul tələb ediblər. Ev sahibi əvvəlcə onlara pul verməkdən imtina edib. Bu zaman həmin şəxslər ev sahibinə bıçaqla xəsarət yetiriblər, evdə olan 1500 manatı götürərək hadisə yerindən qaçıblar.

Ev sahibi baş verən hadisə ilə bağlı Masallı rayon polis şöbəsinə müraciət edib.

Faktla bağlı Masallı rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər