4 İyul 2020 09:27
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayonun Zabrat qəsəbəsində 1990-cı il təvəllüdlü Nurlan Ağayev bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci il polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü keçmiş məhkum Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov