Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub.
İlkin məlumatlara əsasən yanğın 2500-3000 kvadratmetr əraziyə yayılıb.
Xatırladaq ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri cəlb olunub.
Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerinə gəlib.