13 İyul 2020 09:45
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 kv.m olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Teleqraf.com