13 İyul 2020 14:36
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə məlumat daxil olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun “Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və patron darağı aşkar edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər