13 İyul 2020 15:05
2 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun N.Nərimanov prospektində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “BMW” markalı motosikletlə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov