Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.
Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib. Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.
Azərbaycan Pedaqoji Univesitetinin prorektoru olan Nigar Abbaszadə əvvəllər Müəllimlər İnstitutunda eyni vəzifədə çalışıb. Təhsillə bağlı bir sıra layihələri icra edib.
Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub.
Mərhum ailəli imiş, 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var.
Nigar Abbaszadə Xalq yazıçısı Hüseyn Abbaszadənin nəvəsidir.
İlk xəbəri Qafqazinfo.az saytı yayıb.