18 İyul 2020 14:02
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini F.Qədirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən paytaxt sakini Sənubər Babayevanı vurub.

S.Babayeva hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov