18 İyul 2020 14:32
16 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi müğənni İbrahim Borçalının oğlu Rəhim Həsənov Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.

İbrahim Borçalı Teleqraf.com-a açıqlamasında Bakıdan Gürcüstana yola düşdüyünü deyib:

"Qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Oğlum dostu ilə birlikdə qəzaya düşüb. Hər ikisi dünyasını dəyişib. Çox pis vəziyyətdəyəm, danışa bilmirəm. İndi Gürcüstana gedirik. Dəfn orda olacaq".

Qeyd edək ki, İbrahim Borçalının 20 yaşlı oğlu Rəhim Həsənov Türkiyədə təhsil alıb.


Müəllif: Rəqsanə Həsənova