23 İyul 2020 13:55
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov