2 Avqust 2020 12:56
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hindarx qəsəbə sakinləri E. Atalıyev və A. Mirzəyeva saxlanılıb.

E. Atalıyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətindən 14 ədəd çətənə kolu və A. Mirzəyevanın isə həyətyanı sahəsinə baxış keçirilən zaman oradan da aqrotexniki qaydada qulluq edilmiş 10 ədəd çətənə kolu aşkar edilib.

Hər iki faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər