2 Avqust 2020 21:15
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Davud Şiri 3 il azadlıqdan məhrum olunub.

Teleqraf.com xəbər verir ki, İran İnqilab məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən fəala qarşı “rejimə qarşı təbliğat” və “qanunsuz təşkilata üzv olmaq” ittihamı irəli sürülüb.

Güneyli fəal barəsində irəli sürülmüş ittihamlarla razılaşmayıb.

Davud Şiri 2019-cu ilin noyabr ayında İranda benzinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra sərbəst buraxılmışdı.

37 yaşlı Davud Şiri evlidir və bir övladı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər