İmişli rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Otuziki kənd orta məktəbinin inzibati binasından 5500 manat dəyərində 6 ədəd noutbuk və 1 ədəd televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Məlikov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.