6 Avqust 2020 16:14
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com