Avqustun 9-da Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:43-də qeydə alınıb.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.