9 Avqust 2020 23:19
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə yaşayan soydaşlarımız, habelə bu ölkənin digər vətəndaşları Azərbaycana dəstək aksiyası keçiriblər.

Teleqraf.com xəbər verir ki, aksiyada çıxış edənlər Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərək, Ermənistanın işğalına son qoyulması tələbini irəli sürüblər.

Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. "Azərbaycana qarşı erməni terroruna son" plakatlarının qaldırıldığı kütləvi tədbir "Azərbaycan" şüarları ilə davam edib. İştirakçılar Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər. Eyni zamanda Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Aksiya İsraildəki “Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər