11 Avqust 2020 10:53
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitə ilə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş rayonun Ərçivan qəsəbə sakini R.Mirzəyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qohumu olan şəxsin evindən oğurluq etdiyi də müəyyən edilib.

Aparılan araşdırmalarla R.Mirzəyevin Ərçivan qəsəbə sakini H.Hüseynova məxsus yaşayış evindən 1500 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər