13 Avqust 2020 10:22
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda qulduluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qazma kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində “Renault” markalı avtomobillə velosiped sürən Həmid Göylərovu vuraraq cibindəki 245 manat pulu götürüblər.

Baş verən quldurluq hadisəsi ilə bağlı Balakən raypn polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Balakən şəhər sakinləri T.Qocayev və M.Zamanov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov