16 Avqust 2020 10:30
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlayıb.

Belə ki, şəhər sakini, əvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 93 kq 330 qram olan 64 ədəd çətənə bitkiləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər