18 Avqust 2020 13:43
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə avqustun 12-də R.Behbudov küçəsində yerləşən tibb mərkəzində həkim işləyən Ü.Hüseynovanın içərisində 2021 manat olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər