19 Avqust 2020 12:40
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunun Sıncanboyad kəndində ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com