Samux rayonunda yerli sakin zəhərlənib.
Teleqraf.com xəbər verir ki, rayonun Əhmədbəyli kəndində 44 yaşlı kişi hələ ki, bilinməyən səbəbdən içdiyi sirkə turşusundan zəhərlənib.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /"Report"