24 Avqust 2020 12:00
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda kişinin başına küt alətlə vurub, 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin, Baş Cinayətlərlə Axtarış İdarəsi, Abşeron rayon Polis İdarəsi və Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov