5 Sentyabr 2020 12:10
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Prokurorluğundan bildirilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər