Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Pirşağı qəsəbəsində qonşular arasında mübahisə yaranıb.
Mübahisə zamanı 1965-ci il təvəllüdlü Elvin Əhmədov qonşusu ilə əlbəyaxa davaya çıxıb.
Dava zamanı Elvin Əhmədov bıçaqlanıb.
Hadisə zamanı araya keçən Elvin Əhmədovun qohumu, 1962-ci il təvəllüdlü Seyran Əhmədov da bıçaq xəsarəti alıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.