7 Sentyabr 2020 11:15
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda avtomobildən 3 kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “Vaz-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.

Onların olduğu avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində 1 ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, 2 ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Ramazanovun həmin narkotik vasitə və psixatrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər