11 Sentyabr 2020 13:22
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 1-dən 9-dək olan müddətdə rayonun M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24.420 manat dəyərində məişət əşyaları, pianino, kompüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.


Müəllif: Hacı Zeynalov