13 Sentyabr 2020 20:59
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunun Gərmətük kəndinin ərazisində yerləşən süni göldə yeniyetmə boğulub.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu meyiti sudan çıxarıb.

16-17 yaşlarında olan yeniyetmənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com