14 Oktyabr 2014 23:15
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvana nə Qazaxıstan, nə də Belarus dəstək verəcək”.

“Ermənistan özünü elə vəziyyətə salıb ki, Rusiyanın dediyi çərçivədən bir addım belə kənara atmaq iqtidarında deyil”. Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanın Avrasiya İttifaqına qoşulması Azərbaycan üçün heç nəyi dəyişməyəcək.Onun sözlərinə görə, nə Qazaxıstan, nə də Belarus Ermənistana hər hansı dəstək verməyəcəklər.

“Bəllidir ki, Rusiya və Ermənistanın ikitərəfli müqavilələri var idi. Ermənistan Avrasiya İttifaqına qoşulmadan da Rusiya tərəfindən bütün güzəştləri alıb. Yəni neftin, qazın qiymətində güzəştlər, kreditlər, Atom Elektrik Stansiyanın təmiri ilə bağlı əlavə kredit. Bunlar hamısı onsuz da Rusiya tərəfindən göstərilir. Ermənistan bu təşkilatda Rusiyanın təkliflərinə daim dəstək verən bir nümayəndə olacaq. Ermənistan hansısa proseslərə ciddi təsir göstərə biləcək qərar vermək iqtidarında deyil” – deyə, deputat vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər