Millət vəkili Fuad Muradov neftin qiymətinin ucuzlaşmasından danışıb.
Teleqraf.com-un məlumatına görə, deputat vurğulayıb ki, neftin qiyməti aşağı düşməkdə davam edəcək:
“Buna səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin - İranın, Səudiyyə Ərəbistanının mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bugünkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadılar. Nə İran, nə Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq verib. Neftin qiymətinin düşməsi ötən illərdə də müşahidə olunurdu. Amma OPEK ölkələri hasilatı azaltmaqla neftin qiymətini stabil saxlayırdılar. Bu dəfə bunu etmədilər”.
Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasının digər səbəbi ABŞ dollarının məzənnəsinin dəyişməsidir:
“Eyni zamanda burada şist qazının bazara çıxarılması faktı da mühüm rol oynayır. Fikrimcə, son beş ildə enerji bazarında şist qazının ümumi payının artması və ABŞ-in bunun emalı üçün yeni texnologiyaları tətbiq etməsi bu məsələdə öz təsirini göstərib. Neftin qiyməti ilə bağlı vəziyyəti dəyişməsi daha çox siyasi faktorlardan asılıdır”.
Nərgiz