14 Oktyabr 2020 12:45
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Astara rayon polis şöbəsinə oktyabrın 1-də Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Astara rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov saxlanılıb.

O, istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər