Pakistanın Xeybər-Pahtunva əyalətində baş verən partlayışda 7 tələbə ölüb, 70 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, vilayətin Pişəvər bölgəsindəki partlayış mədrəsədə dərs zamanı baş verib.
İlkin məlumata görə, hadisədə 5 kiloqram əl istehsalı partlayıcıdan istifadə edilib.
Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən göndərilib. Hadisənin Quran dərsi zamanı baş verdiyi bildirilir.
Terror aktına görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.