7 Noyabr 2020 15:22
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Zərdab rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Maşad kənd sakini, əvvəllər məhkum olunmuş Q.Lətifov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 541 qram marixuana aşkar edilib.


Müəllif: Hacı Zeynalov