12 Noyabr 2020 13:00
2 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, rayonun Taxta körpü qəsəbəsində yaşayan Vüqar Mahmudov odlu silahla ehtiyatsız davrandığından açılmış atəş nəticəsində sol ayağı yaralanıb.

Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb, V.Mahmudov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov